31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərinin hava proqnozu açıqlanıb.
Senzor.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva son 20 ilin meteoroloji müşahidələrinin nəticələrinə nəzər salıb.
"Aparılmış təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi Yeni ili yalnız 4 dəfə - 2007, 2009, 2012, 2016-ci illərdə sulu qar və qarla qarşılayıb. 2009-cu ilin Yeni ilində isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə idi. Ən aşağı temperatur – 1,6 dərəcə şaxta Bakıda və Abşeron yarımadasında 2009-cu ildə qeydə alınıb. Ölkəmizin digər bölgələri üzrə ən aşağı göstərici 2006-cı ildə Naxçıvan MR-da olub - 26,5 dərəcə şaxta. Qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq. Bayramın ilk günləri - dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisinin hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək", - o qeyd edib.