
Senzor.az bildirir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, koronavirus sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə altı ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda müddətsiz olacaq.
Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minəcək.
Hazırki qaydalara görə, sözügedən sertifikatın etibarlılıq müddəti müəyyən edilməyib.