
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan 1 ədəd “Hatsan” markalı, 1 ədəd “Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.