
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ziya Bünyadov prospektinin "Koroğlu" qovşağından "20 Yanvar" dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tunelə giriş bağlanıb.
Səbəb olaraq ərazidə aparılan işıqlandırma sistemlərinin təmiri göstərilir.
“Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurumdan qeyd ediblər.