
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.
Hadisə 2021-ci il oktyabrın 15-də Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü R.Səfərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı həyat yoldaşı, 1984-cü il təvəllüdlü Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
R.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.