Azərbaycanda dəm qazından daha 8 nəfər zəhərləndi -
ARALARINDA AZYAŞLI DA VAR
Siyəzən rayonunda 18 yaşlı gənc qız dəm qazından zəhərlənib.
 
“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Əsgərova Lamiyə Heydər qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
 
Daha bir zəhərlənmə isə paytaxtda qeydə alınıb. Hadisə Nərimanov rayonunda baş verib. Belə ki, 2006-cı il təvəllüdlü Ağayeva Kamilə Elmar qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
 
Bakının Sabunçu rayonunda da dəm qazından zəhərlənmə hadisələri baş verib. Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Yaqubova Vüsalə İman qızı, Ramana qəsəbəsində 1986-cı il təvəllüdlü Məmmədli Şahnaz Həşim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
 
Paytaxtın Xəzər rayonunda da dəm qazından zəhərlənmə hadisələri olub. Binə qəsəbəsinin Bolluq küçəsində yaşayan 2002-ci il təvəllüdlü Salahov Kamal Camal oğlu və “Südçülük” adlanan ərazidə məskunlaşmış 1990-cı il təvəllüdlü Sayadova Aygün Bayram qızı dəm qazından zəhərləniblər.
 
Abşeronda - Masazır qəsəbəsində də dəm qazından zəhərlənmə qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanım Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
 
Zəhərlənənlərin hamısı xəstəxanaya çatdırılıb.
 
Hadisələrin təfərrüatı araşdırılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.