
Senzor.az bildirir ki, bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qeyd olunub ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri-1987-ci il təvəllüdlü Orxan Alıyev tərəfindən, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta və bıçaqla çoxsaylı xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Orxan Alıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.