
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 618 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 648 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 555, bu günə qədər isə ümumilikdə 5 889 656 test icra olunub.