Əjdər Olun məhkəməsi başladı -
NAZİRLİYİN SABİQ APARAT RƏHBƏRİ NƏDƏ İTTİHAM OLUNUR?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Senzor.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin olunub.
 
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
 
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
 
Əjdər Ol Səlim Müslimovun nazir olduğu dövrdə nazirliyin Aparat rəhbəri işləyib.
 
Onu da qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tanınıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.