Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (xalq arasında “bandotdel” də adlandırırlar-red.) əməkdaşları qanunsuz odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri keçiriblər.
DİN-in Mətbuat Xidmətindən senzor.az-a bildiriblər ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslərdən biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb. Onun üzərindəki çantaya baxış zamanı 26 kiloqram çəkidə heroin aşkar edilib. E.Tosov narkotik vasitələri satmaq məqsədilə ölkə ərazisinə gətirdiyin bildirib.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum edilmiş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində axtarış aparılan zaman “Makarov” markalı tapança və 6 patron aşkarlanıb.
Növbəti əməliyyat tədbiri zamanı qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən daha iki nəfər tutulub. Əvvəlcə paytaxt sakini Elvin Mərdanov daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı “AKS-74” markalı avtomat silah, pulemyot patron darağı, müxtəlif çaplı 233 patron, 1 ədəd “F-1” və 1 ədəd “RDQ-5” qumbarası və partlayıcı aşkar edilib. Aparılan araşdırma zamanı silah-sursatı ona vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisindəki evindən isə “Makarov” markalı tapança, 16 patron və 2 patron darağı aşkar olunub.
Faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin aşkar olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.