
Senzor.az DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etdiyi müəyyən olunub.
Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
