Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu yarımadada, eləcə də Bakıda gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın bölgələrində - əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20°, gündüz 3-8° şaxta olacaq.