Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanıldı - HEYKƏL BƏRPA OLUNDU
YENİLƏNİB, FOTO
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyəşəxslər saxlanılıb.
 
Senzor.az bildirir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
 
"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.
 
Hazırda faktla bağlı araşdırma aparılır.
 
Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.
 
**00:40
 
Sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin yeni açılışı olan heykəlinin zədələndiyini əks etdirən görüntülər paylaşılıb. 
 
Senzor.az
bildirir ki, görüntülərdə Tağıyevin əlindəki təsbehin sınaraq yerə düşdüyü əksini tapıb.
 
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında  bildirib ki, məsələdən məlumatlıdırlar: “Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.