
Senzor.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
BNA bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmalarını tövsiyə edib: "Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meteoroloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etməlidilər. Sərnişinlər avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".