Senzor.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yağıntının davam etməsi ilə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Eləcə də Bakı-Şamaxı avtomobil yolunun 65-104 kilometrlik hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Həmçinin, Şamaxı-Dəmirçi avtomobil yolunda da davam edən yağıntı nəticəsində yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.