
Senzor.az bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən KİV-in sorğusuna verilən cavabda belə deyilir.
Qeyd edilir ki, yanvarın 10-da seçmə yolu ilə "omikron" ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hər biri tam sağalıb, onların səhhətlərində heç bir problem yoxdur.