Baş Prokurorluq AXCP Rəyasət Heyətinin üzvünə xəbərdarlıq etdi
FACEBOOK-DAKI STATUSUNA GÖRƏ
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn yanvarın 21-də Baş Prokurorluğa çağırılıb, orada ona şifahi xəbərdarlıq edilib. 
 
Bu barədə Turan-a İlham Hüseyn özü məlumat verib.
 
İ.Hüseynin sözlərinə görə, xəbərdarlığa onun 2021-ci ilin noyabrında "Azadlıq" qəzetinə istinadla Facebook-da dərc etdiyi status səbəb olub.
 
"Mənə bildirdilər ki, Baş Prokurorluğa çağırılmağım 2021-ci ilin noyabrında "Azadlıq" qəzetinin səhifəsindən Laçın rayonunda döyüşlər haqqında Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməmiş yazını paylaşmağımla bağlıdır. Mənə şifahi xəbərdarlıq edildi", - deyə fəal bildirib.
 
Xatırladaq ki, 2021-ci il dekabrın 1-də o, həbsdə aclıq edən müxalifət fəalı Saleh Rüstəmovun azad edilməsi tələbi ilə mitinq keçirərkən saxlanılmış, karantin rejimini pozmaq ittihamı ilə 30 gün inzibati həbs cəzasına məhkum edilmişdi. 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.