Balakəndə 75 yaşlı kişi yanaraq ölüb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, rayonun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.