REAL partiyasının sədri İlqar Məmmədov koronavirusa yoluxub.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkədə o özü məlumat verib.
Partiya sədri qeyd edib ki, virus ona yanvarın 20-də müsahibə verdiyi jurnalistdən keçib: "İki gün sonra jurnalist zəng etdi ki, xəstəxanaya gedir, “kovid” tutub, məni də yoluxdurmuş ola bilər. Evdə oturub gözləmək qərarı verdim, düz də elədim - dünən 38.9 dərəcə qızdırmam oldu...”.
Hazırda ev şəraitində müalicə alan siyasətçinin ailə üzvlərinin də koronavirusa yoluxduğu məlum olub.