"N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlu bu gün Culfa rayonunda yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb.Senzor.az Respublika Baş Prokurorluğuna istinadən bildirir ki, Culfa Rayon Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər görülüb.
İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.