Kürdəmirdə Suvarma Sistemləri İdarəsi işçilərinin etirazı -
VİDEO
Kürdəmir Suvarma Sistemləri İdarəsinin bir qrup işçisi idarənin yeni rəhbərliyindən narazılıq edir. 
 
Baku TV-nin çəkiliş qrupu adıçəkilən idarədə olub, narazılıqların nədən qaynaqlandığını öyrənməyə çalışıb. 
 
Texniki işçilərin dediyinə görə, idarə rəhbərliyi tərəfindən onların heç bir tələbatı ödənilmir, nəqliyyat vasitələri və ağır texnika heç bir ehtiyat hissələri ilə təmin edilmir.
 
Elə çəkiliş aparılan zaman da sıradan çıxan xeyli sayda texnikanın və su motorlarının idarənin həyətində yağışın, qarın altında qaldığı məlum olub. İşçilər problemin builki məhsuldarlığa mənfi təsirindən də narahatdırlar. Çünki texnika işləməsə, arxlar, kanallar təmizlənməsə, əkin sahələri vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasa, bundan əsas zərər görən kəndlilər olacaq. 
 
Səhər saatlarından başlayan çəkiliş günorta saatlarına kimi davam etsə də, bu müddət ərzində idarənin müdiri Mirəlif Əzizov şikayətçilərin qarşısına çıxmayıb. İdarədən bildirilib ki, o məzuniyyətdədir.


 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.