Qubada “narkotik əməliyyatı”: 13 nəfər saxlanıldı
FOTO
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər.
 
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xəyyam Yunusov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman marixuana və güclü təsiredici xassəyə malik beş ədəd tramadol həbi aşkarlanaraq götürülüb.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Anar Qurbanov, Dadaş Dadaşov və Teyyub Mirzalıyev də yaxalanıblar. A.Qurbanovun üzərindən marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs narkotik vasitələri X.Yunusovdan aldıqlarını etiraf edib.
 
Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Mətləb Məmmədov və Xaçmaz rayon sakini Cəlal Abasov saxlanılıblar. Həmin şəxslərin üzərindən marixuana və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı M.Məmmədovun Elşad Məmmədov adlı şəxsə narkotik vasitə satdığı müəyyən edilib. E.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Bundan başqa, polis əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Sakit Məmmədov, Elnur Bayramov, Kamran Bayramov, Niyaməddin Babayev, Səbuhi Talıbov və Mehrac Hacıyev tutulublar. Onların üzərindən heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
 
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.



















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.