Sabah Bakıda leysan gözlənilir - RAYONLARA SULU QAR YAĞACAQ

Mayın 5-də Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, şimal-qərb küləyi əsəcək.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 12-14°, gündüz 18-22° isti olacaq. 

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 70-80 %, gündüz 60-65% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 10-15°, gündüz 20-25°, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.