Kəlbəcərli şəhid atası Daşkəsəndə meşədə İTKİN DÜŞDÜ - FOTO

Daşkəsəndə şəhid atası meşədə itkin düşüb.

 

“Qafqazinfo” xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə  qayıtmayıb.

 

Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. Ş.Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ş. Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Daşkəsəndəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Kəlbəcərin azad olunmasına görə”,  “Hərbi xidmətlərə görə”,  “Füzulinin azad olunmasına görə” medalları,  “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəli olub, 2 qızı yadigar qalıb.

 

Fotoda şəhid Şəhriyar Abdullayev







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.