Azərbaycanın azad edilmiş ərazilərində qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi ilə bağlı işlərə başlanılır.
Trend-in məlumatına görə, qeyd olunan xidmətlər çərçivəsində buruq qazma və köməkçi işləri həyata keçiriləcək.
Sözügedən işlər Ağdam və Ağdərə rayonları ərazisində yerləşən Qalayçılar sahəsində, Xocavənd rayonunun Qızılqaya və Binə sahələrində, Laçın rayonunun Köhnəkənd sahəsində icra ediləcək.
Belə ki, artıq bununla bağlı Geoloji Kəşfiyyat Agentliyi müvafiq işlərə başlayıb.
Agentlik qeyd olunan işlərin 194,6 min manata başa gələcəyini ehtimal edib.