Sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.
Senzor.az bildirir ki, yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində satıcılar fəaliyyətlərini xidmət haqları artırıldığı üçün dayandırıblar.
Belə ki, əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, indi bu məbləğ 25-30 manata qədər artırılıb.
Şəmkir Rayon İcra Hakimiyyətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və ət dükanlarının fəaliyyəti sabahdan bərpa olunacaq.