TƏBİB-də stomatoloqlardan kimlər və nəyə görə pul tələb edirlər?
RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən stomatoloqlardan Bakı üzrə 1 800 manat, regionlar üzrə isə 1 200 manat pul vəsaiti tələb olunduğu barədə iddialar yayılıb.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında bildirib ki, konkret rəqəm yoxdur: "Qərar qəbul olunarsa, ola bilsin ki, paytaxta və regionlara görə dəyişsin. Amma hazırda hər hansı bir rəqəmdən söhbət getmir.

 

Stomatoloqların xidmət həcmi, iş şəraiti və gəlirləri nəzərdən keçirilir. Stomatoloji xidmətlərə görə rəsmi ödənişlər POS-terminallar vasitəsilə olmalıdır. Yəni bank ödənişləri həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, tibb müəssisələri dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsinə gəlirlərini ödəyən müəssisələr hesab edilir. Məqsəd maliyyə şəffaflığını artırmaqdır".

 

Z.Ədilova əlavə edib ki, stomatoloqlarla gün ərzində və növbəti günlərdə qrup şəklində danışıqlar aparılacaq: "Müzakirələr ötən həftədən həyata keçirilir. Onların hər birinin fikri dinləniləcək. Əlimizdə konkret plan, təklif və ya rəsmi qərar yoxdur. Hələ müzakirələr aparılır. Müzakirələrdən sonra ən optimal qərar qəbul ediləcək. Maliyyə şəffaflığı təmin ediləcək, infrastruktur yaxşılaşdırılacaq. İstənilən qərar ədalət prinsiplərinə söykənəcək. Bütün qərarların həm hüquqi, həm də iqtisadi əsaslandırılması olacaq".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.