Qəbələ məhkəməsi qonşusu ilə dalaşan MƏKTƏB DİREKTORUNU CƏRİMƏLƏDİ

Qəbələ rayonunda qonşusu ilə münaqişə yaşayan Kəlbəcər rayon İstisu qəsəbə sakini, 1964-cü il təvəllüdlü Kamil İsmayılov inzibati məsuliyyətə cəlb edilib.

 

“Qafqazinfo”nun verdiyi məlumata görə, Qəbələdə fəaliyyət göstərən Kəlbəcər Rayon 31 saylı orta məktəbin direktoru olan K.İsmayılova İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

 

Belə ki, K.İsmayılovun qonşusu ondan şikayət edərək icazəsiz olaraq həyətinə daxil olduğunu və onları söydüyünü, evdə olan qızı ilə nəvəsinin qorxu keçirməsinə səbəb olduğunu bildirib. Barəsində şikayət edilən şəxs isə qonşunun övladının dostları ilə birgə onun evinə tez-tez daş atdığını, pəncərəni və evin dam örtüyünü sındırdığını deyib. O, bu məsələ ilə əlaqədar qonşuluqda yaşayan ailəyə irad bildirmək məqsədilə həyətlərinə getdiyini qeyd edib.

 

Qəbələ Rayon Məhkəməsi məktəb direktorunu qeyd edilən protokol üzrə təqsirli bilərək 100 manat cərimə edib və o, sərbəst buraxılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.