Bakıda iş adamı maşınla qəsdən adam vurdu - CİNAYƏT İŞİ AÇILDI
VİDEO

Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda Şərur rayon sakini Firudin Bağırova qarşı xuliqanlıq edilməsinə dair görüntülər yayılıb.

 

Senzor.az-ın məlumatına görə, F. Bağırovun qızı bir qrup şəxsin onların evinin qarşısına gələrək atası ilə münaqişə yaratdığını bildirib.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli KİV-un sorğusuna cavab olaraq qeyd edib ki, hadisə mayın 20-si qeydə alınıb: “İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.

 **

 TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20.05.2025-ci il tarixində saat 22:50 radələrində Xətai rayonu, Rövşən Hüseynov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

 

Başın tüklü sınığının açıq yarası, bud çanaq oynağının əzilməsi, diz oynağının əzilməsi bud çanaq oynağı və bud nahiyəsinin dəqiqləşdirilməmiş səthi travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

 

Vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyilə ambulator müalicə üçün evə buraxılıb.














Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.