İyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 17-19°, gündüz 26-31° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağışlı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər əksər rayonlarda yağıntıda fasilə yaranacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.