
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadənin yanvar ayının 31-də tələbələrin yaşadığı mənzilə daxil olaraq sakinləri əlindəki bıçaqla hədələyib ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsədiyi müəyyən edilib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
