Qala-Şüvəlan yolu ətrafındakı bağlara verilən qaz sakinlərin narazılığına səbəb olub.
Belə ki, bağlarda olan bütün sayğaclar, kombilər, qaz piltələri kütləvi şəkildə sıradan çıxır. Ustaların iddialarına görə, buna səbəb istehlakçılara emal olunmamış təbii qazın satılmasıdır.
Baku TV-nin "Yeni bir səhər" verilişində məsələ ilə bağlı müzakirə aparılıb.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev bildirib ki, məişətdə işlətdiyimiz qaz emal edilməsə, ondan istifadə edə bilmərik: "Burada keyfiyyətli şəkildə emal edilməmiş qazdan söhbət gedə bilər. Emal prosesi lazım olan mərhələlərdən keçmədiyi halda problem yaranması mümkündür".
Ətraflı süjetdə: