İyunun 12-15-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.