Naxçıvan Konstitusiyasına dəyişikliklər layihəsi...
MİLLİ MƏCLİSDƏ

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Milli Məclisinə göndərilib.

 

Teleqraf-ın əldə etdiyi xəbərə görə, muxtar respublikada məsələ ilə bağlı müzakirələr yekunlaşıb.

 

Qanun layihəsi Naxçıvan Ali Məclisinin iclaslarında müzakirəyə çıxarılıb, səsverməyə qoyularaq qəbul edilib.

 

Daha sonra Ali Məclis sədrinin birinci müavini (sədrin səlahiyyətlərini icra edir - red.) Bəxtiyar Məmmədov layihəni imzalayıb və Azərbaycan parlamentinə təqdim edib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundən saytın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

 

Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi bu il fevralın 20-də Ali Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.

 

Ali Məclisin mayın 21-dəki toplantısında isə layihə ikinci oxunuşda səsvermədən keçib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.