Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.
Senzor.az bildirir ki, bununla bağlı müddəa "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsində əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.