Azərbaycanın ilk yerli motosiklet brendi "Tufan" ARTIQ XANKƏNDİDƏ İSTEHSAL OLUNUR
FOTO

Azərbaycanın ilk yerli motosiklet brendi olan "Tufan" 2025-ci ilin əvvəlindən Xankəndidə fəaliyyətə başlayan yeni istehsal sahəsinin açılışını elan edib.

 

"Tufan Motors" şirkətinin baş direktoru və həmtəsisçisi İlkin Ağamirov bildirib ki, azad edilmiş Xankəndi şəhərində yerli motosiklet istehsalı müəssisəsinin fəaliyyətə başlaması şirkət üçün həm şərəfli, həm də qürurverici hadisədir.

 

Onun sözlərinə görə, son beş ay ərzində "Tufan Motors"un Xankəndidəki müəssisəsində artıq 650 ədəd motosiklet istehsal edilib: "Hazırda burada 20-dən artıq yerli mütəxəssis çalışır. Şirkətin "İstiqlal", "Yalquzaq", "Pəhləvan", "S250","S150" ,"M50" ,"M50N"və "Cub50" kimi tanınmış modelləri mövcuddur. Xankəndidə bu modellərdən üçü istehsal olunur. Lakin ilin sonunadək ikinci istehsalat xəttinin işə salınması ilə bütün modellərin burada yığılması planlaşdırılır və bu da işçi sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq".

 

"Yerli istehsalçı olaraq Xankəndidə fəaliyyət göstərmək bizim üçün böyük qürurdur. Eyni zamanda bu üzərimizə  böyük məsuliyyət yükləyir. Bu təşəbbüs həm milli sənayemizin inkişafını, həm də azad olunmuş torpaqlarda real iqtisadi canlanmanı əks etdirir. Biz bunu, başda Ali Baş Komandanımız olmaqla, şanlı Ordumuza borcluyuq və azad edilmiş ərazilərin dirçəlişinə töhfə vermək üçün əlimizdən gələni edirik", - deyə İlkin Ağamirov qeyd edib.

 

O əlavə edib ki, bu istehsalat mərkəzi yalnız texniki baxımdan deyil, həm də strateji və simvolik əhəmiyyət daşıyır.

 

Oxu.az xatırladır ki, bu il "Tufan" brendinin fəaliyyətə başlamasının beş ili tamam olur. Şirkət yaxın gələcəkdə həm məhsul çeşidini genişləndirməyi, həm də istehsalatda çalışan işçi sayını artırmağı planlaşdırır. Hazırda daxili bazar üçün motosiklet istehsal edən "Tufan Motors", yaxın zamanda ixraca da başlamağı qarşısına məqsəd qoyub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.