İyunun 27-da Qaxda zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Zaqatala stansiyasından 27 km cənub-şərqdə Qax rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.