Şamaxı rayonunun bır sıra kənd yollarında torpaq sürüşməsi olub.
APA xəbər verir ki, Qaleybuğurd, Sis, Qaladərəsi və Keçmədin kəndlərinə gedən yollarda problemlər yaranıb. Son günlər baş verən torpaq sürüşmələri nəticəsində yol örtükləri parçalanıb, iri qabarmalar, dərin çatlar və çökmələr əmələ gəlib. Bu, nəqliyyatın hərəkətini çətinləşdirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sahə rəisi Anar Hacıyev vəziyyəti tektonik hərəkətlərlə izah edib. A.Hacıyev bildirib ki, təmir-bərpa işlərinə hazırlıq gedir və yaxın müddətdə əsaslı işlərə başlanacaq.