Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.
APA-nın məlumatına görə, sudan meyiti tapılan şəxs Samux rayonunun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.
Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu və Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman Kürdə batmışdılar.
Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilmişdi...
Faktla bağlı araşdırma aparılır.