Tanınmış təhsil eksperti Nadir İsrafilov vəfat edib.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkə hesablarında həmkarları paylaşım ediblər.
Nadir İsrafilov səhhətində yaranan ciddi problemlə bağlı bir müddət öncə Avropa Beynəlxalq Hospitalında reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, Nadir İsrafilov 1952-ci ildə anadan olub. O, fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsində və Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb. Çox sayda proqram, metodik tövsiyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifi olub.
Allah rəhmət eləsin!