"Koroğlu körpüsü"ndə təhlükəli vəziyyət yaranıb? – RƏSMİ QURUMLARDAN AÇIQLAMA
VİDEO/FOTO

Bakının əsas körpülərindən birində təhlükəli vəziyyət yarandığı iddia olunur.

 

Oxu.az xəbər verir ki, buna səbəb "Koroğlu körpüsü" kimi tanınan körpünün kənarında görünən çatlar olub.

 

Çatlar körpünün hər an uça biləcəyi təsəvvürünü yaradır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sayta açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

 

"Bu, çat deyil. Körpünün konstruksiyasının birləşən hissəsidir, yəni aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (temperatur şovu). Belə olmalıdır", - deyə A.Nəcəfli vurğulayıb.

Bununla belə, AAYDA-dan bildirilib ki, "Koroğlu körpüsü"nün  kənarında görünən “çatlarla” bağlı əraziyə baxış keçirilib.
 

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, ərazidə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb.

 

DİN eyni zamanda, sürücüləri yanlış məlumatlar barədə diqqətli olmağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.