Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Həsən Kür (Zeynallı) vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
Məlumata görə, bir neçə saat əvvəl halı pisləşən Həsən Zeynallı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, beyin qanaması nəticəsində orada dünyasını dəyişib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Həsən Kür Vətən müharibəsinin iştirakçısı olub. O, bu ilin fevralında intihara cəhd etmişdi...
Allah rəhmət eləsi̇n!