Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.
Senzor.az bildirir ki, hadisə gecə saatlarında Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 2005-ci il təvəllüdlü Ülvi Firdovsi oğlu Vəlizadə idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi ilə Lerik istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında hərəkətsiz dayanan yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Dərhal əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Avtomobildə sıxılıb qalan sürücü çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olduğundan Ü.Vəlizadə reanimasiya şöbəsinə yerləşdirilib. Amma bütün tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.