Tanınmış oftalmoloq Cahid Şahbazova CİNAYƏT İŞİ AÇILDI

Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıb.

 

Senzor.az bildirir ki, Səbail rayon Prokurorluğunda Cahid Şahbazova Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb.

 

İş üzrə müvafiq ekspertizalar təyin edilib.

 

C.Şahbazovun vəkili Asim Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, fakt üzrə cinayət işi başlanılıb: "Hüquqlarını müdafiə etdiyim şəxs Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır".

 

Qeyd edək ki, oftalmoloq Cahid Şahbazov barəsində cinayət işi vətəndaş Humay Əliyevanın şikayəti əsasında açılıb.

 

O, “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirdiyini iddia edib. Humay Əliyevanın sözlərinə görə, həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub. O qeyd edib ki, keçirilən tibbi ekspertiza da bunu təsdiqləyib...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.