Ağsu rayonu ərazisində yerləşən “Qasımbəyli” qum-çınqıl yatağı hərrac yolu ilə satışa çıxarılacaq.
Senzor.az bildirir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, satışa çıxarılan LOT-1 üzrə yatağın ümumi həcmi 580 000 kubmetr, sahəsi isə 29 hektar təşkil edir.
Qum-çınqıl yatağının hərracda ilkin satış qiyməti 58 000 manat, beh məbləği isə 5 800 manat (başlanğıc qiymətin 10 faizi) təşkil edir. Maraqlanan şəxslər üçün iştirak haqqı 1 080 manat olaraq müəyyən edilib.
Qeyd edək ki, hərrac auksion formasında keçiriləcək.