Salyanda evdə partlayış: bir ailənin 3 üzvü xəsarət aldı YENİLƏNİB
FOTO
"Salyanda qaz partlayışı nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb".

Bu barədə "Report"a  Salyan Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, rayonun Qarabağlı kəndində baş verən hadisə zamanı xəsarət alanlardan birinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta-ağırdır: 
"Hadisə zamanı xəsarət alan ailə başçısı Zaur Qurbanovun vəziyyəti ağırdır. Digər xəsarət alanların - ana və oğlunun vəziyyəti isə orta-ağırdır. Xəsarət alan şəxslərə xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilib, onların müayinə və müalicələri davam etdirilir". 

** 08:41

Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.

"Report"unməlumatına görə, hadisə Qarabağlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü - 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayıl Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.