Azərbaycanın strateji valyuta ehtiyatları 77,7 milyard ABŞ dollarına çatıb.
Senzor.az bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 9,4 % çoxdur.
"Bu isə 6 ayda 6,7 milyard ABŞ dolları artım deməkdir. Strateji valyuta ehtiyatlarımız 3 illik idxalı maliyyələşdirməyə kifayət edir və inanılmaz yüksək göstəricidir", - deyə baş bankir əlavə edib.