Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulmuşdu. I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.
1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik etmişdi.
2002-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdu.