Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs həbs olunub.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılovun yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.