Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.
Senzor.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.
Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.